Ana Sayfa > Karusel / İdman / M2 > Tərlan Əhmədov: Bir neçə oyunçudan imtina etməli olacam

Tərlan Əhmədov: Bir neçə oyunçudan imtina etməli olacam


16-05-2015, 21:02. Yazar: Fehrad
Tərlan Əhmədov: Bir neçə oyunçudan imtina etməli olacam





“Qısa danışacağam. Komanda üçün hər bir qələbə çox vacibdir. Biz yaradılan qol epizodlardan yararlana bilmiriksə, uşaq səhvlərindən sonra qol buraxırıqsa, ola bilər ki, bir neçə oyunçudan imtina edib, son iki turda gənclərə güvənim”. Xeberaz.az xəbər verir ki, PFL saytının məlumatına görə, bu sözləri “Xəzər Lənkəran”la oyundan sonra AZAL-ın baş məşqçisi Tərlan Əhmədov deyib.

Səhvləri bağışlamayacağını qeyd edən baş məşqçi bir sıra dəyişikliklər olacağını bildirib:
“Bəzi səhvlər bağışlanmazdır. Belə hallar bizi bir sıra addımlar atmağa vadar edir. Yaxın günlərdə həmin qərarlarla tanış olacaqsınız”.

“Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynov isə ilk hissədə yaxşı oynamadıqlarını deyib:
“İkinci hissədə isə baxımlı futbol sərgilədik və qol vurduq. Futbolçuları təbrik edirəm. Qarşıdakı oyunlara hazırlaşmalıyıq”
Geri dön