Ana Sayfa > Karusel / Siyasət > Hizbullah liderindən sensassiyalı - Açıqlama

Hizbullah liderindən sensassiyalı - Açıqlama


21-08-2016, 10:10. Yazar: Xeberaz

Hizbullah liderindən sensassiyalı - Açıqlama

Hizbullah lideri Həsən Nəsrullah “Menar” telekanalına Yaxın Şərqlə bağlı sensassiyalı açıqlama verib.

"Xəbəraz.az " xəbər verir ki, təşkilat lideri 2006-cı ildəki Livan-İsrail müharibəsini xatırladaraq, əsas məqsədin Fələstin, Livan və Suriyadakı müqavimət hərakatını qırmaq, nəticədə İranı bütün təhlükədən kənarda saxlamaq olduğunu deyib:

“Müharibə zamanı Hizbullahın istifadə etdiyi raketlər İran yox, Suriya istehsalı idi. Məhz, buna görə düşmənlər bu gün Suriyada müharibə aparmaqla, 2006-cı ilin intiqamını almaq istəyir”.

İsrailin müharibə ilə Hizbullah və İrana qalib gələ bilməyəcəyini deyən Nəsrullah Suriyanı müharibədən qurtaracaqlarını bildirib.

Xatırladaq ki, 12 iyul-14 avqust 2006-cı il tarixində baş verən İsrail-Livan müharibəsində mindən artıq livanlı həlak olub.
Geri dön