Ana Sayfa > Karusel / İqtisadiyyat / M2 / Xəbəraz TV > Fermerlərə şad xəbər - Video
Fermerlərə şad xəbər - Video20-08-2016, 22:14. Yazar: Xeberaz |
Bir neçə gün əvvəl fermerlərin məhsulların satışı və xarici bazarlara çıxarılması ilə bağlı rastlaşdıqları problemləri aradan qaldırmaq üçün Meyvə və Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası təsis olunmuşdu. Əməkdaşlarımız bu Assosiasiyanın sədri ilə danışıb qurumun fəaliyyət istiqamətləri barədə məlumat alıblar. Xezerxeber.com-un məlumatına görə, meyvə-tərəvəz istehsalı və ixracı ilə məşğul olan sahibkarlar arasında əməkdaşlığı genişləndirmək məqsədilə təsis olunan Meyvə və Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası bir sıra istiqamətlər üzrə fəaliyyət göstərəcək. Assosiasiyasının sədri Bəşir Quliyev deyir ki, ilk növbədə yerli məhsulların xarici bazarlara çıxarılması məqsədilə tədbirlər görəcək. Bununla yanaşı, satıcılar ilə alıcılar arasında elektron platforma yaradılacaq. Qiymətləri tənzimləmək üçün isə məlumat bazası formalaşdırılacaq. Assosiasiya kənd təsərrüfatı sahəsində xaricdə tətbiq olunan yeni texnologiyaların ölkəyə gətirilməsi üzərində də işləyir. Geri dön |