Ana Sayfa > Karusel / Hadisə > Baş nazir dilənçiyə pul uzatdı, ölkə qarışdı - "133 milyon..."

Baş nazir dilənçiyə pul uzatdı, ölkə qarışdı - "133 milyon..."


20-08-2016, 13:30. Yazar: Xeberaz
Baş nazir dilənçiyə pul uzatdı, ölkə qarışdı - "133 milyon..."

Avstraliya baş nazirinin dilənçiyə pul verərkən çəkilən fotosu ölkədə böyük səs-küyə səbəb olub.

Malcolm Turnbull İqtisadi İnkişaf Komitəsinin toplantısına gedərkən çəkilən fotosuna görə sərt tənqid edilib.

Onu tənqid edənlərin bir qrupu baş nazirin qutuya atdığı 5 dolları çox az hesab edib. Belə ki, 133 milyon dollar sərvəti olan və seçki kampaniyası üçün 1 milyon dollar xərcləyən Turnbullun kasıb adama verdiyi 5 dollar xəsislik olaraq qiymətləndirilib.

Digər qisim tənqidçilər isə evsizlərə verilən pulların narkotikə xərcləndiyini, eləcə də bunun kasıblığın davam etməsinə səbəb olduğunu bildiriblər.

Baş nazir isə qonaq olduğu radio proqramında yaranan duruma aydınlıq gətirib: “O adama görə üzüldüm. Gözləntilərini puça çıxardığım insanlardan üzr istəyirəm”./qafqazinfo/
Geri dön