Ana Sayfa > Karusel / Hadisə / M2 > Salyanda maşın piyadanı vurub qaçdı

Salyanda maşın piyadanı vurub qaçdı


20-08-2016, 01:00. Yazar: Xeberaz
Salyanda maşın piyadanı vurub qaçdı
Salyanda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, hadisə axşam saatlarında Qaraçala kəndində baş verib. Salyan rayon sakini, 1968-ci il təvəllüdlü Sarxanov Aslan Sarapalı oğlu naməlum avtomobil tərəfindən vurulub.

Ağır kəllə-beyin travması alan piyada Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirlib. Sürücü hadisə yerindən yaralıya kömək etmədən qaçıb. Hazırda hadisəni törədən sürücünün axtarılması istiqamətində Salyan polisi tərəfindən əməliyyat tədbirləri həyata keçirilir.

Geri dön