Ana Sayfa > Karusel / Siyasət / M2 > Saakaşvilinin xanımı deputatlığa namizəd olur

Saakaşvilinin xanımı deputatlığa namizəd olur


19-08-2016, 14:35. Yazar: Xeberaz
Saakaşvilinin xanımı deputatlığa namizəd olur


Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin həyat yoldaşı Sandra Rulofs Gürcüstanda keçiriləcək parlament seçkilərində namizədliyini irəli sürəcək.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, o, Zuqdidi vilayəti üzrə deputat seçilmək üçün “Vahid Milli Hərəkat” partiyasından seçkilərə qatılacaq. Keçmiş birinci xanımın namizədliyini partiyanın lideri David Bakradze də dəstəkləyib.

Gürcüstandan parlament seçkiləri bu il oktyabrın 8-də baş tutacaq.
Geri dön