Ana Sayfa > Karusel / Gündəm > MTRŞ: ANS efirə çıxmayacaq

MTRŞ: ANS efirə çıxmayacaq


18-08-2016, 21:30. Yazar: Xeberaz
MTRŞ: ANS efirə çıxmayacaq

ANS telekanalı fəaliyyətini bərpa etməyəcək. Belə ki, Bakı Apellyasiya Məhkəməsi iyulun 29-da Milli Televiziya və Radio Şurasının (MTRŞ) ANS-in lisenziyasının ləğv edilməsinə dair iddiasını təmin edib.

"Xəbəraz.az " haqqin.az-a istinadən xəbər verir ki, bu barədə Turan-a MTRŞ aparatının rəhbəri Toğrul Məmmədov bəyan edib.

Xatırladaq ki, ANS-in yayımının dayandırılması və lisenziyasının ləğv edilməsinə səbəb Ankaranın hərbi çevrilişə cəhdin təşkilatçısı adlandırdığı türk dindar Fətullah Gülən ilə müsahibə olub.

MTRŞ nümayəndəsi öz növbəsində ANS-i qiyamçıların müraciətini oxuyan TRT telekanalının diktorunun çıxışını nümayiş etdirməkdə günahlandırır.

Bundan başqa Məmmədovun sözlərinə görə, ANS tankların insanları əzməsini, kəsilmiş başların əks olunduğu kadrları nümayiş etdirib, bu da “vandalizm əlamətidir”.
Geri dön