Ana Sayfa > Karusel / Şou-Biznes > "Rövşən zalimə zalim, məzluma dost idi" - Elton

"Rövşən zalimə zalim, məzluma dost idi" - Elton


18-08-2016, 21:02. Yazar: Xeberaz
"Rövşən zalimə zalim, məzluma dost idi" - Elton

Xəbər verdiyimiz kimi, məşhur azərbaycanlı avtoritet Rövşən Lənkəranski İstanbulda məruz qaldığı silahlı hücum zamanı qətlə yetirilib.

"Xəbəraz.az "-ın məlumatına görə, avtoritetin ölümündən sarsılanlardan biri də müğənni Elton Hüseynəliyevdir.

O, Rövşən Lənkəranski və Rusiyada yaşayıb fəaliyyət göstərən azərbaycanlı milyarder Telman İsmayılovla çəkdirdiyi fotonu sosial şəbəkədə paylaşaraq bunları qeyd edib:

“Azərbaycanın mərd oğlu getdi. Rövşən zalımın zalımı, məzlumun dostu idi... Vətən üçün çox böyük zəhməti, əməyi oldu. Hamı bir gün öləcək. Amma kişi kimi yaşayıb, kişi kimi ölmək hər adama nəsib olmayacaq!!! Sən həmişə bizim qəlbimizdə yaşayacaqsan, Rövşən... Allah məkanını cənnət eləsin. Doğrudursa yalan olsun təki, çox pis olmuşam. Allahdan ümid kəsilməz...”
BIG.AZ
Geri dön