Ana Sayfa > Karusel / Gündəm > Sabah Azərbaycanda 40 dərəcə temperatur olacaq - PROQNOZ

Sabah Azərbaycanda 40 dərəcə temperatur olacaq - PROQNOZ


18-08-2016, 14:22. Yazar: Xeberaz
Sabah Azərbaycanda 40 dərəcə temperatur olacaq - PROQNOZ

Avqustun 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, havanın temperaturu gecə 22-27° isti, gündüz 33-38° isti olacağı gözlənilir. Bakıda gecə 24-26° isti, gündüz 35-37° isti olacağı gözlənilir.


Sabah Azərbaycanın rayonlarında isə hava yağmursuz keçəcək, şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 35-40° isti, dağlarda gecə 15-20° isti, gündüz 24-29° isti olacağı gözlənilir.
Geri dön