Ana Sayfa > Karusel / Hadisə > Türkiyədə terror aktında yaralananların sayı 71 nəfərə çatıb

Türkiyədə terror aktında yaralananların sayı 71 nəfərə çatıb


18-08-2016, 11:17. Yazar: Xeberaz
Türkiyədə terror aktında yaralananların sayı 71 nəfərə çatıb

Türkiyədə terror aktı zamanı yaralananların sayı 71 nəfərə çatıb.

"Xəbəraz.az " "Anadolu" agentliyinə istinadən xəbər verir ki, yaralananlardan 17-i polis əməkdaşıdır.
Xəsarət alanlardan 3-nün vəziyyəti ağırdır.
Partlayış zamanı ölənlərdən 1-i uşaqdır.

02:47
PKK terrorçularının Türkiyənin Van vilayətinin İpək yolu rayonunda polis mərkəzinə hücumu zamanı 3 nəfər dünyasını dəyişib.
"Xəbəraz.az " "Habertürk"ə istinadən xəbər verir ki, partlayış zamanı 2-si polis olmaqla 40 nəfər yaralanıb.
Yaralılar hadisə yerinə göndərilmiş təcili yardım maşınları ilə xəstəxanalara çatdırılıblar.
Qeyd edək ki, terrorçular yerli vaxtla saat 23:00 radələrində içində partladıcı maddələrin olduğu avtomobillə polis mərkəzinə hücum edib.
"Anadolu" agentliyinin verdiyi son məlumata görə, çoxlu sayda polisin və zirehli texnikanın cəlb edildiyi əməliyyat zamanı terror aktını törətmiş şəxs yaralı vəziyyətdə yaxalanıb. Adı açıqlanmayan terrorçu Van Vilayətinin Polis İdarəsinin Terrorla Mücadilə Şöbəsinə gətirilib.

01:37
Türkiyənin Van vilayətində polis bölməsinə bomba yüklü avtomobillə hücum edilib.

"Xəbəraz.az " Anadolu agentliyinə istinadən xəbər verir ki, partlayış nəticəsində 20 nəfər xəsarət alıb.

Partlayışdan sonra bölgəyə təcili yardım maşınları cəlb edilib.
Geri dön