Ana Sayfa > Karusel / Səhiyyə / M2 > Alimlərdən şizofreniya haqqında maraqlı - Fakt

Alimlərdən şizofreniya haqqında maraqlı - Fakt


18-08-2016, 01:35. Yazar: Xeberaz
Alimlərdən şizofreniya haqqında maraqlı - Fakt
Alimlər bildirirlər ki, insanların tənqidi düşünmək, oxumaq və danışmaq qabiliyyəti onlarda şizofreniya xəstəliyinə səbəb olub.

"Xəbəraz.az " xəbər verir ki, tədqiqatçıların fikrincə, qədim dünyanın insanları şizofreniyadan heç vaxt əziyyət çəkməyiblər. Bu xəstəlik yalnız müasir insanın bəlasına çevrilib. Bu fizioloji anomaliyaları aydınlaşdırmaq üçün müasir və neandertal insanın genetik kodu öyrənilib. Maraqlıdır ki, əcdadlarımızda bu xəstəliyi inkişaf etdirən kod tapılmayıb. Alimlərin qənaətinə görə, şizofreniya ola bilər ki, insanlarda beyin fəallığının təkamülü nəticəsində yaranıb.

Əvvəllər də qeyd olunub ki, Rusiya məktəblilərinin 70 faizində psixi inkişaf qüsurlar var. Bu rəqəmləri 2015-ci ildə rus psixiatrı Zurab Kekeledze Ümumdünya Psixi Pozğunluqlar Günü ərəfəsində səsləndirib.
Geri dön