Ana Sayfa > Karusel / Hadisə > Olimpiadada aprel döyüşləri təxribatı - Erməni idmançının medalı alınmalıdır!

Olimpiadada aprel döyüşləri təxribatı - Erməni idmançının medalı alınmalıdır!


17-08-2016, 14:12. Yazar: Xeberaz
Olimpiadada aprel döyüşləri təxribatı - Erməni idmançının medalı alınmalıdır!

Yay Olimpiya Oyunlarının XII yarış günündə son 20 il ərzində Ermənistana ilk qızıl medalı qazandıran güləşçi Artur Aleksanyan böyük siyasi təxribat yol verib.

Aleksanyan mükafatlandırma mərasiminə aprel döyüşlərində məhv edilmiş Qarabağdan olan erməni kiçik çavuş Robert Abadcanın şəkli olan köynəklə çıxıb. Eyni zamanda o, qələbəsini aprel döyüşlərinin “qəhərəmanı” olan erməni hərbçilərinə həsr etdiyini bildirib. Erməni idmançı bu addımı ilə Azərbaycana qarşı çirkin təxribata yol verib.

Ermınistanın Olimpia komitəsi erməni idmançının bu hərəkətinə haqq qazandıraraq onun sözügedən fotosunu rəsmi saytının ermənidilli versiyasında yerləşdirib. Bununla Komitə özü də qaydaları ciddi şəkildə pozub. Belə ki, Olimpiya Xartiyasının 4-ci bəndinin 10-cu maddəsinə görə, Milli Olimpiya Komitələri idmandan siyasi məqsədlərlə istifadəyə yol verməməlidirlər.

Təəssüflər olsun ki, yarışın təşkilatçıları tərəfindən erməni təxribatının qarşısı alınmayıb.

Beynəlxalq qaydalara əsasən idmanı siyasətə qatmaq, onu siyasi proseslərə alət etmək istəyən erməni idmançıya qarşı ciddi tədbir görülməli, təxribat etdiyinə görə o yarışlardan diskvalifikasiya olunmalı və medalı geri alınmalıdır.

BOK-un fəaliyyətini nizamlayan Olimpiya Xartiyasının 2-ci bəndinin 10-cu maddəsinə görə, qurum idmandan siyasi məqsədlərlə istifadəyə yol verməməlidir. /// azvision.az
Geri dön