Ana Sayfa > Karusel / Hadisə > Mərdəkanda dəhşətli olay: Kişi gənc arvadını öldürüb həyətində basdırdı

Mərdəkanda dəhşətli olay: Kişi gənc arvadını öldürüb həyətində basdırdı


17-08-2016, 12:05. Yazar: Xeberaz
Mərdəkanda dəhşətli olay: Kişi gənc arvadını öldürüb həyətində basdırdı

Bakıda kişi qeyri-rəsmi nikah münasibətində yaşadığı qadının itkin düşməsi barədə polisə məlumat verib.

"Xəbəraz.az "-ın Report-a istinadən məlumatına görə, hadisə paytaxtın Xəzər rayonunun Mərdəkan qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini 37 yaşlı Altay Həsənov polisə qeyri-rəsmi nikah münasibətində yaşadığı həyat yoldaşı 34 yaşlı Yasəmən Novruzovanın itkin düşməsi barədə məlumat verib.
Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində A.Həsənovun Y.Novruzovanı qətlə yetirərək yaşadığı evin həyətində basdırdığı məlum olub.
Meyit ekspertlərin iştirakı ilə basdırıldığı yerdən çıxarılıb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Geri dön