Ana Sayfa > Karusel / Hadisə / Dünya > ABŞ-ı yanğın cənginə aldı: 80 min sakin təxliyə olunur

ABŞ-ı yanğın cənginə aldı: 80 min sakin təxliyə olunur


17-08-2016, 10:51. Yazar: Xeberaz
ABŞ-ı yanğın cənginə aldı: 80 min sakin təxliyə olunur

ABŞ-ın Kaliforniya ştatının San-Bernardino qraflığında baş verən meşə yanğınlarına görə 80 mindən çox sakin təxliyə ediləcək.
"Xəbəraz.az " report-a istinadən bildirir ki, bunu ştatın hökumət təmsilçisi bildirib.
Məlumata görə, avqustun 16-da başlayan meşə yanğınları 6 min hektardan artıq əraziyə yayılıb və 34,5 min ev təhlükə altındadır.

Kaliforniyanın qubernatoru Cerri Braunun sözlərinə görə, 700-ə yaxın yanğınsöndürən maşın yanğının söndürülməsinə cəlb olunub. O, Los-Ancelesdan 100 km şərqdə yerləşən San-Bernardino, Leyk və San-Luis-Obispo qraflıqlarında fövqəladə vəziyyət elan edib.


Geri dön