Ana Sayfa > Karusel / Hadisə > Gəncədə DƏHŞƏT: 46 yaşlı qadın özünü atəşə verdi

Gəncədə DƏHŞƏT: 46 yaşlı qadın özünü atəşə verdi


16-08-2016, 15:44. Yazar: Xeberaz
Gəncədə DƏHŞƏT: 46 yaşlı qadın özünü atəşə verdi

Gəncə şəhər sakini özünü yandırıb.

APA-nın qərb bürosunun xəbərinə görə, hadisə şəhərin Sahil küçəsində qeydə alınıb. Şəhər sakini, 1970-ci il təvəllüdlü Mehriban Alıyevanın üstünə yandırıcı maddə tökərək özünü yandırdığı bildirilir.

Yuxarı ətrafların termiki yanığı xəsarətləri alan qadın Gəncə şəhər Təcili və təxirəsalınmaz tibbi yardım Xəstəxanasına çatdırılıb. Ona orada ilkin yardım göstərilib.

M.Alıyevanın vəziyyəti ağır olduğundan Bakıdakı Respublika Yanıq Mərkəzinə göndərilib.


Hadisənin səbəbi hələlik məlum deyil.
Geri dön