Ana Sayfa > Karusel / Hadisə > Türkiyədə terror: 7 nəfər öldü - YENİLƏNİB

Türkiyədə terror: 7 nəfər öldü - YENİLƏNİB


15-08-2016, 20:41. Yazar: Xeberaz
Türkiyədə terror: 7 nəfər öldü - YENİLƏNİB

Diyarbəkir-Mardin yolu üzərində, Diyarbəkrin Çinar qəsəbəsinin girişində yerləşən Şəhid Murat Uçar adına Yol İdarəetmə Mərkəzi qarşısında törədilən partlayış nəticəsində ölənlərin sayı artıb.

APA-nın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, partlayış nəticəsində 2 polis və 1 mülki şəxs şəhid olub, 25 yaralı xəstəxanaya yerləşdirilib.

Xəstəxanaya yerləşdirilən 25 yaralıdan isə 2-i polis, 2-i mülki şəxs olmaqla, 4-ü həyatını itirib. Bununla, partlayış nəticəsində həyatını itirənlərin sayı 7 nəfərə çatıb.
16:26
PKK terrorçuları Türkiyədə daha bir partlayış törədib.


"Xəbəraz.az "-ın Hüriyyət-ə istinadən məlumatına görə, partlayış Diyarbəkir-Mardin yolu üzərində, Diyarbəkrin Çinar qəsəbəsinin girişində yerləşən Şəhid Murat Uçar adına Yol İdarəetmə Mərkəzinin qarşısında qeydə alınıb.

Terrorçular binanın qarşısında içində bomba yerləşdirilmiş avtomobili partlat\dıblar.


Partlayış zamanı ölənlərdən 2 si polis, digəri isə uşaq olub. 8-i polis olmaqla ümumilikdə 25 nəfər isə yaralanıb.

Partlayışdan sonra Mərkəzin binası və yaxınlıqdakı yanacaqdoldurma məntəqələrində dağıntılar qeydə alınıb

Qeyd edək ki, tam 8 il əvvəl terrorçuların həmin Mərkəzin binasına silahlı hücumundan sonra təhlükəsizlik divarı salınıbmış .
Geri dön