Ana Sayfa > Karusel / Gündəm > Sumqayıtda DƏHŞƏTLİ QƏZA: bir ailə məhv oldu - FOTO

Sumqayıtda DƏHŞƏTLİ QƏZA: bir ailə məhv oldu - FOTO


15-08-2016, 16:12. Yazar: Xeberaz
Sumqayıtda DƏHŞƏTLİ QƏZA: bir ailə məhv oldu - FOTO

Ötən gecə Bakı-Quba yolunun Sumqayıtın Yaşma yaşayış massivindən keçən hissəsində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

"Xəbəraz.az " xeberle.com-a istinadən bildirir ki, Sumqayıt şəhər sakini Elşən Əliyevin idarə etdiyi "Hyundai Elantra" markalı avtomobillə "Mercedes" markalı avtomobil toqquşub. Qəza nəticəsində E. Əliyevin sərnişini - həyat yoldaşı Aysel Əliyeva hadisə yerindəcə dünyasını dəyişib.

E. Əliyev isə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Amma həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Ailənin iki azyaşlı övladı var.

Faktla bağlı araşdırma aparılır.
Geri dön