Ana Sayfa > Karusel / İqtisadiyyat / M2 / Foto-fakt > “Xırdalan dairəsi”ndə nəqliyyatın hərəkəti bərpa edilib.YENi GÖRÜNÜŞ

“Xırdalan dairəsi”ndə nəqliyyatın hərəkəti bərpa edilib.YENi GÖRÜNÜŞ


15-05-2015, 15:00. Yazar: Xeberaz
“Xırdalan dairəsi”nin görünüşü tamamilə dəyişildi – FOTO + VİDEO
“Xırdalan dairəsi”ndə nəqliyyatın hərəkəti bərpa edilib.YENi GÖRÜNÜŞ

Dairə və yan yollar tam yeni görkəmdə sürücülərin ixtiyarına verilib.



Xeberaz.az xəbər verir ki, Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən I Avropa Oyunları öncəsi nəqliyat vasitələrinin rahat və maneəsiz hərəkətini təmin etmək məqsədilə paytaxtın bəzi küçə və prospektlərində təmir-tikinti işləri həyata keçirilir.

Bu məqsədlə Bakı-Quba-Rusiya Federasiyası sərhədi avtomobil yolunun 11-ci kilometrliyində yerləşən “Xırdalan dairəsi”ndə aparılan təmir-tikinti işləri qısa zaman kəsiyində yekunlaşıdırılıb.

Artıq dairə və yan yollar tam yeni görkəmdə sürücülərin ixtiyarına verilib.

Sözügedən ərazidə köhnə asfalt-beton örtüyünün üst qatı qaşınaraq ərazidən daşınıb, yerinə yeni asfalt-beton örtüyü döşənib. Ümumilikdə dairədə və dairəyə giriş-çıxış yollarında 16 min kvadrat metrdən çox asfalt-beton örtüyü döşənib.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC paytaxtın bəzi küçə və prospektlərində təmir işləri ilə əlaqədar yaranan müvəqqəti narahatlığa görə sürücülərdən üzr istəyir və görülən işlərə anlayışla yanaşmalarını xahiş edir.






[media=https://youtu.be/lC0XJzTyQSY]
Geri dön