Ana Sayfa > Karusel / Hadisə > Özünü bulvarda öldürmək istədi

Özünü bulvarda öldürmək istədi


14-08-2016, 10:11. Yazar: Xeberaz
Özünü bulvarda öldürmək istədi

Bu gecə Bakı bulvarında intihara cəhd olub. "Xəbəraz.az "Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Səbail rayonu Dənizkənarı Milli Park ərazisində 1 nəfər (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 1000 metr sola nəzarətsiz ərazidə) intihar məqsədiylə özünü dənizə atıb və boğulmaq təhlükəsi ilə üzləşib.

Dərhal FHN-nin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb edilib və vətəndaş çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 05:55-də başa çatıb.
Geri dön