Ana Sayfa > Karusel / Siyasət / Gündəm > Ərdoğan sərt danışdı - "Suriya Türkiyəni narahat edir"

Ərdoğan sərt danışdı - "Suriya Türkiyəni narahat edir"


13-08-2016, 23:02. Yazar: Xeberaz
Ərdoğan sərt danışdı - "Suriya Türkiyəni narahat edir"

Türkiyədə çevriliş cəhdinin üzərindən bir ay vaxt keçsə də, ölkədə yaşananlar xarici mətbuatın gündəmindən düşmür.

"Xəbəraz.az " bildirir ki, prezident Rəcəb Tayyib Ərdoğan bu dəfə Almaniyanın RTL telekanalının suallarını cavablandırıb. Baş verənləri dəyərləndirən dövlət başçısı Avropa ölkələrindən incidiyii gizlətməyib. O bildirib ki, 240 nəfərin şəhid olması ilə bitən olaylara heç bir lider lazımi qiymət vermədi. Bütün bunların Ankara ilə Avropa Birliyi arasında ciddi narazılıq yaratdığını qeyd edən Ərdoğan miqrant məsələsində ölkəsinin önəmini bir daha vurğulayıb. Avropalıları yalançı adlandıran dövlət başçısı oktyabrda vizasız gediş-gəliş təmin olunmazsa, bütün razılaşmaların qüvvədən düşəcəyini sərt şəkildə diqqətə çatdırıb:

"Vizaların ləğvi və miqrantların geri qaytarılması işində Türkiyə bu gün də üzərinə düşəni etməkdədir. Avropa da üzərinə düşəni paralel şəkildə etməlidir. Biz birgə addım atmaq istəyirik. Amma bu iş olacaqsa olsun. Olmayacaqsa, onda Avropa inciməsin. Türkiyə miqrant məsələsini üzərinə götürməyəcək".

Ərdoğan Rusiya ilə münasibətlər, ölkədə bundan sonra görüləcək işlər barədə də danışıb. O bildirib ki, hazırda Qərbin Ankaraya ehtiyacı daha böyükdür. Bu arada, ABŞ-da dərc olunan Nyu-York tayms nəşri növbəti Türkiyə düşmənçiliyi ilə gündəmə gəlib. Yaxın Şərqin xəritəsini dərc edən tanınmış mətbu orqanı Türkiyənin sərhədlərini təhrif edib. Ölkənin bəzi ərazilərini İraq, Suriya kimi göstərən Taymsın bu hərəkətinin texniki səhv olmadığı üzə çıxıb.

Suriyada Mənbicin kürd silahlıları tərəfindən tutulması və bu silahlıların Türkiyə sərhəddinə irəliləməsi isə Ankarada narahatlıqla izlənilir. ABŞ-ın dəstək verdiyi qrupları terrorçu elan edən Türkiyə əslində onların PKK terror təşkilatının qolu olan PYD olduğunu bildirib. atv.az
Geri dön