Ana Sayfa > Karusel / Hadisə > Toyuna 7 gün qalmış dağdan yıxılıb öldü

Toyuna 7 gün qalmış dağdan yıxılıb öldü


13-08-2016, 20:14. Yazar: Xeberaz
Toyuna 7 gün qalmış dağdan yıxılıb öldü

Oğuz rayonunda bədbəxt hadisə baş verib.

APA-nın Şəki-Zaqatala bürosunun xəbərinə görə, rayonun Filfilli kənd sakini, 1988-ci il təvəllüdlü Sərxan Sərdar oğlu Seyidəliyevin meyiti bu gün günün ikinci yarısında Böyük Qafqaz sıra dağlarının cənub ətəyinin Oğuz rayonunun Filfilli kəndi ərazisində, yüksək dağlıq ərazidən tapılıb. İki gün əvvəl dostu ilə dağlıq əraziyə ov etmək üçün getdiyi güman edilən 28 yaşlı Sərxan Seyidəliyev yüksək qayalıqdan yıxılaraq aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb.
Geri dön