Ana Sayfa > Karusel / Hadisə > Ticarət mərkəzindəki yanğında zəhərlənənlərdən - Xəbər var

Ticarət mərkəzindəki yanğında zəhərlənənlərdən - Xəbər var


13-08-2016, 16:33. Yazar: Xeberaz
Ticarət mərkəzindəki yanğında zəhərlənənlərdən - Xəbər var

Bu gün səhər saatlarında Bakının Sabunçu rayonundakı “BİG” Store ticarət mərkəzində baş verən yanğın nəticəsində tüstüdən zəhərlənmə ilə xəstəxanaya müraciət edənlərin hamısı evə buraxılıb.

"Xəbəraz.az " xəbər verir ki, bu barədə Trend-ə 1 saylı Şəhər Klinik Xəstəxanasının Toksikologiya Şöbəsinin müdiri Azər Maqsudov məlumat verib.

Məlumatda bildirilir ki, hadisə ilə bağlı şöbəyə 10 nəfər zəhərlənmə ilə müraciət edib. Müraciət edənlərdən 5 nəfər azyaşlı olub: “Həmin şəxslərə ilkin tibbi yardım göstərilib və ambulator müalicəyə buraxılıblar”.qafqazinfo.az
Geri dön