Ana Sayfa > Karusel / Hadisə > Ucarda DƏHŞƏTLİ OLAY: 25 yaşlı ana iki uşağının gözü qarşısında…

Ucarda DƏHŞƏTLİ OLAY: 25 yaşlı ana iki uşağının gözü qarşısında…


13-08-2016, 16:19. Yazar: Xeberaz
Ucarda DƏHŞƏTLİ OLAY: 25 yaşlı ana iki uşağının gözü qarşısında…

Ucar rayonunda intihar hadisəsi baş verib.

Hadisə bu gün səhər saatlarında rayonun Qaracallı kəndində qeydə alınıb. Kənd sakini, iki uşaq anası olan Gülnar Nurəddin qızı Qasımova özünü yaşadığı evin artırmasından asaraq intihar edib.

İntihar hadisəsinin bəzi təfərrüatı məlum olub. Ucar rayon polis şöbəsindən Lent.az-a verilən məlumata görə, özünü asan iki uşaq anası, 1991-ci il təvəllüdlü Gülümnar Qasımova iki azyaşlı uşağı birgə yaşayırmış. Onun həyat yoldaşının uzun müddətdir Rusiya Federasiyasında işlədiyi bildirilir.

Şöbədən verilən məlumatda o da qeyd edilib ki, 25 yaşlı qadın evin həyətində, iki azyaşlı uşağının gözlərinin önündə özünü asaraq intihar edib.

Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.
Geri dön