Ana Sayfa > Karusel / Gündəm / Hadisə > Bakıda supermarket yandı: Onlarla insan... - FOTOLAR (YENİLƏNİB)

Bakıda supermarket yandı: Onlarla insan... - FOTOLAR (YENİLƏNİB)


13-08-2016, 13:32. Yazar: Xeberaz
Bakıda supermarket yandı: Onlarla insan... - FOTOLAR (YENİLƏNİB)

Bakıxanov qəsəbəsində yerləşən ticarət mərkəzinin yaxınlığındakı "BigStore" supermarketində baş verən yanğın söndürülüb.

Sabunçu Polis İdarəsindən verilən məlumata görə, FHN-in əməkdaşlarının səyi nəticəsində yanğın tam olaraq söndürülüb.

Yanğının hansı səbəbdən baş verdiyi araşdırılır.

***

Bakıda fəaliyyət göstərən supemarketlərdən biri yanır.
"Xəbəraz.az "-ın Lent.az-a istinadən verdiyi məlumatına görə, Bakıxanov qəsəbəsində yerləşən ticarət mərkəzinin yaxınlığındakı "BigStore” supmarketində yanğın baş verib. Yanğının supermarketin anbarında başladığı bildirilir. Hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yanğını söndürməyə çalışır. Marketdəki insanların hamısı təxliyə edilib.

Sabunçu rayon 13-cü Polis Bölməsindən bildiriblər ki, hazırda yanğın davam edir. Bölmənin əməkdaşları hadisə yerindədirlər.
Geri dön