Ana Sayfa > Karusel / Hadisə > Hakan Şükürün Türkiyədəki var-dövlətinə həbs qoyuldu

Hakan Şükürün Türkiyədəki var-dövlətinə həbs qoyuldu


12-08-2016, 20:23. Yazar: Xeberaz
Hakan Şükürün Türkiyədəki var-dövlətinə həbs qoyuldu

Türkiyənin ulduz futbolçularından olan Hakan Şükür və atasının mülklərinə həbs qoyulub

Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Türkiyə yığması və “Qalatasaray” klubunun əfsanəvi futbolçusu Hakan Şükür və atası Səməd Şükürun mülklərinin müsadirə edilməsi barədə qərar çıxarılıb.

H. Şükür və atasının daşınmaz əmlakı, avtomobilləri, bank hesablarındakı pulları, qiymətli əşyaları müsadirə ediləcək.

Buna səbəbsə futbolçu və atasının Fətullahçı Terror Təşkilatına pul yardımı etməsi göstərilib.

Qeyd edək ki, Hakan Şükür bir müddət AKP-ni parlamentdə təmsil edən millət vəkillərindən olub.
Geri dön