Ana Sayfa > Karusel / Hadisə > Yanğından özü çıxdı, qadını yandı - Lənkəranda dəhşət - VİDEO - FOTOLAR

Yanğından özü çıxdı, qadını yandı - Lənkəranda dəhşət - VİDEO - FOTOLAR


12-08-2016, 15:32. Yazar: Xeberaz
Yanğından özü çıxdı, qadını yandı - Lənkəranda dəhşət - VİDEO - FOTOLAR

Lənkəranda fərdi yaşayış evində yanğın baş verib.

Hadisə Lənkəranın Zərifə Əliyeva küçəsi, Məcid Nəsirova məxsus yaşayış evində qeydə alınıb. Məcid Nəsirovun evini alov bürüdükdən sonra çıxmağa macal tapıb. Onun həyat yoldaşı, 52 -yaşlı Kifayət Nəsirova isə evdən çıxa bilməyərək, yanaraq dünyasını dəyişib. Yanğının söndürülməsinə 1 yanğınsöndürən maşın və şəxsi heyət cəlb olunub. Alovun digər evlərə keçməsinin qarşısı alınıb.Yanğn ümumilikdə 108 kv m sahədə baş verib.


Geri dön