Ana Sayfa > Karusel / Hadisə / Foto-fakt > Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində DƏHŞƏTLİ QƏZA: 3 ölü, 5 yaralı

Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində DƏHŞƏTLİ QƏZA: 3 ölü, 5 yaralı


12-08-2016, 12:48. Yazar: Xeberaz
Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində DƏHŞƏTLİ QƏZA: 3 ölü, 5 yaralı

Bakıda 3 nəfərin ölümü ilə nəticələn ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Xəbəraz.az "ın məlumatına görə, avqustun 11-də saat 20 radələrində Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində Bakı şəhər sakinləri Elçin Əfəndiyevin idarə etdiyi “Mercedes”, Mirhəşim Abbasovun idarə etdiyi “Opel” və Süleyman Novruzlunun idarə etdiyi “Hyundai” markalı avtomobillər toqquşub. Nəticədə E.Əfəndiyevin 1 sərnişini, M.Abbasov və 3 sərnişini, habelə S.Novruzlu və 2 sərnişini xəstəxanaya yerləşdirilib, onlardan S.Novruzlu, M.Abbasov və Ramidə Hüseynova orada ölüblər.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.
Geri dön