Ana Sayfa > Karusel / Hadisə > Sabah Bakının iki qəsəbəsinə içməli su verilməyəcək

Sabah Bakının iki qəsəbəsinə içməli su verilməyəcək


11-08-2016, 23:27. Yazar: Xeberaz
Sabah Bakının iki qəsəbəsinə içməli su verilməyəcək

Bakıda iki qəsəbədə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

“Azərsu ASC”-dən verilən məlumata görə, Xəzər rayonu Buzovna qəsəbəsi Təmənis yaşayış massivinin içməli su təchizatının yaxşılaşdırılması layihəsi çərçivəsində yeni çəkilmiş magistral su xəttinin mövcud sistemlərə birləşdirilməsi ilə əlaqədar 12 avqust 2016-cı il tarixində gün ərzində Maştağa və Buzovna qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.
Geri dön