Ana Sayfa > Karusel / Hadisə > Günəş TV-dən biabırçı səhvə görə AÇIQLAMA - VİDEO

Günəş TV-dən biabırçı səhvə görə AÇIQLAMA - VİDEO


11-08-2016, 15:12. Yazar: Xeberaz
Günəş TV-dən biabırçı səhvə görə AÇIQLAMA - VİDEO

Xəbər verdiyimiz kimi, dünən gəcə saatlarında "Günəş TV"də biabırçı tərcümə və təhqiramiz sözlər efirə verilib.

"Günəş TV"-nin icraçı direktoru Rəşad İsayev efirdə baş vermiş xoşagəlməz hadisə ilə bağlı azxeber.com-a açıqlama verib. O bu görüntülərə görə tamaşaçılardan üzr istəyib:

"Baş verən yanlışlığa görə təəssüf hissi keçiririk. Məsələ ilə bağlı bir neçə əməkdaş, artıq, cəzalandırılıb. Aparılan araşdırmaların nəticəsində, bu xoşagəlməz halın yaşanmasına səbəb olan, cavabdeh şəxslər işdən azad olunacaq. Eyni zamanda bir daha belə halların yaşanmaması üçün telekanal əməkdaşları qarşısında xüsusi tələb qoyulub. Bu xoşagəlməz duruma görə tamaşaçılarımızdan üzr istəyirik".

Geri dön