Ana Sayfa > Karusel / Şou-Biznes > Məşhur türkiyəli müğənni Bakıya gəlir

Məşhur türkiyəli müğənni Bakıya gəlir


10-08-2016, 12:16. Yazar: Xeberaz
Məşhur türkiyəli müğənni Bakıya gəlir

Türkiyəli müğənni Sıla Bakının qonağı olacaq.

"Xəbəraz.az "-ın məlumatına görə, ifaçı paytaxtımızda konsert verəcək.

“Velizadə prodakşın”ın təşkil etdiyi tədbir dekabrın 3-də Heydər Əliyev Sarayında baş tutacaq.

Bu haqda əməkdaşımızla söhbətində prodakşının rəhbəri Tural Vəlizadə deyib.

O bildirib ki, konsert yüksək səviyyədə təşkil olunacaq:

“Sıla Bakıya 24 nəfərlik komandası ilə birlikdə gələcək. Gecədə yeni “Mürekkeb” adlı albomuna daxil olan mahnıları orkestrın müşayiəti ilə canlı səsləndirəcək. Sıla bu aralar Azərbaycandan çoxlu konsert təklifləri aldığını bildirib. Amma bizim şirkətlə razılaşıb”.

T.Vəlizadə onu da qeyd edib ki, konsert zamanı tamaşaçıları böyük sürpriz gözləyir.

Biletlər avqustun ortalarından şəhərin kassalarında və ASAN xidmət mərkəzlərində satışa çıxarılacaq.

Qeyd edək ki, T.Vəlizadə bundan əvvəl 8 Martda İrem Dericini Bakıya gətirib.
Geri dön