Ana Sayfa > Karusel / İdman > “Banka”lı oğlan Rioda 3-cü qızılını qazandı

“Banka”lı oğlan Rioda 3-cü qızılını qazandı


10-08-2016, 10:38. Yazar: Xeberaz
“Banka”lı oğlan Rioda 3-cü qızılını qazandı

Əfsanəvi idmançı Maykl Felps olimpiya oyunlarında qazanılan qızıl medalların sayında yeni rekord müəyyənləşdirib.

"Xəbəraz.az " Apasport.az-a istinadən xəbər verir ki, ABŞ üzgüçüsü Rio-2016-da daha iki çempionluq sevinci yaşayıb.

Bunadək 19 qat Olimpiya çempionu olan Felps əvvəl batterflyay üsulu ilə 200 metr məsafəyə üzməkdə hamıdan güclü olub. Ardınca isə sərbəst üsulla 4x200 m yarışlarında ABŞ millisinin heyətində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bu, onun Rio-da 3-cü qızılı olub. Amerikalı üzgüçü 4x100 m yarışında da ABŞ yığması ilə çempionluq yaşamışdı.

Bununla da Felps Olimpiya Oyunları tarixində ən çox çempionluq və medal qazanan idmançı kimi rekordunu yeniləyib.

Qeyd edək ki, Felps Afina-2004-də 6, Pekin-2008-də 8, London-2012-də 4, Rio-2016-da 3 qızıl medal qazanıb. Bundan başqa, 2 gümüş və 2 bürüncü də olan Felpsin ümumi medallarının sayı 25-ə çatıb.

“Banka”lı oğlan Rioda 3-cü qızılını qazandı

“Banka”lı oğlan Rioda 3-cü qızılını qazandı
Geri dön