Ana Sayfa > Karusel / Hadisə > Bakıda dibçəkdə gül əvəzinə narkotik becərən şəxs - FOTO

Bakıda dibçəkdə gül əvəzinə narkotik becərən şəxs - FOTO


10-08-2016, 10:10. Yazar: Xeberaz
Bakıda dibçəkdə gül əvəzinə narkotik becərən şəxs - FOTO

Bakıda öz həyətində narkotik bitki əkib-becərən paytaxt sakini tutulub.

APA TV-nin məlumatına görə, Daxili İşlər Nazirliyinə daxil olan məlumat əsasında hərəkətə keçən Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsi və Abşeron Rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinin əməkdaşları 51 yaşlı paytaxt sakini Elşən Hüseynovu saxlayıblar. Onun Mehdiabad qəsəbəsi, 28 May küçəsindəki evinə baxış zamanı yaş halda ümumi çəkisi 19 kiloqram olan 54 ədəd çətənə kolu aşkarlanıb.

İlkin ifadəsi zamanı o bildirib ki, çətənə kollarını bu ilin aprelində zibil qutusundan tapıb. Daha sonra kolları evə gətirərək dibçəkdə becərməyə başlayıb.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində cinayət içi açılıb, araşdırma aparılır.

Bakıda dibçəkdə gül əvəzinə narkotik becərən şəxs - FOTO
Geri dön