Ana Sayfa > Karusel / İqtisadiyyat / Foto-fakt / Xəbəraz TV > Bakı kəndlərinin bərbad avtobusları və şad xəbər – Video

Bakı kəndlərinin bərbad avtobusları və şad xəbər – Video


9-08-2016, 10:58. Yazar: Xeberaz
Bakı kəndlərinin bərbad avtobusları və şad xəbər – Video

Bakıətrafı kəndlərə və qəsəbələrə gedən avtobusların xarici və daxili görünüşü ürəkaçan deyil.

"Xəbəraz.az " xəbər verir ki, əksər avtobusların oturacaqları yararsız hala düşüb. Üstəlik, avtobusların kiçiktutumlu olması sərnişinlərin işini daha da çətinləşdirir.

Sürücülər avtobusların vəziyyətinin ürəkaçan olmadığını etiraf etsələr də, sərnişinlərdən fərqli olaraq bunun səbəbini yolda görürlər. Onların fikrincə, bərbad yollar avtobusların sıradan çıxmasına səbəb olur.

Xəzər xəbər-in məlumatına görə, artıq yolların əsaslı şəkildə təmir edilməsi üçün Sabunçu rayon İcra Hakimiyyəti qarşısında məsələ qaldırılıb. Təmirdən sonra marşrut xəttinə müasir avtobusların buraxılması gözlənilir.


Geri dön