Ana Sayfa > Karusel / İdman > Boksçumuz nakautla qalib gəldi - "Rio-2016"

Boksçumuz nakautla qalib gəldi - "Rio-2016"


8-08-2016, 21:59. Yazar: Xeberaz
 Boksçumuz nakautla qalib gəldi - "Rio-2016"

Bu gün Rio-2016 Yay Olimpiya Oyunlarında boks üzrə növbəti qarşılaşmalar keçirilib. Apasport.az saytının məlumatına görə, tarixində ilk dəfə möhtəşəm yarışda tam heyətlə təmsil olunan boks yığmamızın daha bir üzvü – Abdulqadir Abdullayev rinqə çıxıb.

91 kq çəki dərəcəsində mübarizə aparan dəri əlcək ustamız yarışa 1/8 final mərhələsindən start verib.

Avropa Oyunlarının qızıl mükafatçısının rəqibi fransalı Pol Omba Bionqolo olub.

Görüş idmançımızın qələbəsi ilə yekunlaşıb. Rəqibinə ilk iki raundda şans verməyən Abdullayev daha sonra fransız idmançının zədələnməsi səbəbindən texniki nakautla qələbə qazanıb.

Qeyd edək ki, yığmamız Rioda 10 kişi, 1 qadın boksçu ilə təmsil olunur. 49 kq çəkidə yarışan Rüfət Hüseynov ilk turda mübarizəni dayandırsa da, 81 kq-da çıxış edən Teymur Məmmədov Olimpiadaya qələbə ilə start verib. //Apasport
Geri dön