Ana Sayfa > Karusel / Təhsil / M2 > AY QARDAŞ HAMI ŞAİR OLMAQ İSTƏYİR-NİCAT SƏMƏDOVDAN QALMAQALLI AÇIQLAMA
AY QARDAŞ HAMI ŞAİR OLMAQ İSTƏYİR-NİCAT SƏMƏDOVDAN QALMAQALLI AÇIQLAMA8-08-2016, 19:16. Yazar: Xeberaz |
"Xəbəraz.az "-a açıqlama verən gənc şair NİCAT SƏMƏDOV bildirdi ki, O qədər cəfəngiyat yazılara və şeirlərə rast gəldimki,məcbur olub belə bir şeir ərsiyə gətirdim. Sabiranə - Məsnəvi ☆☆☆☆☆☆ Tutalım yurdumuza gündə "10" insan doğulur, Yüzə - yüz "10" nəfərin "4 -ü,5 -i "şair olur. ------------------ Maraq artıb şeirə,şeir oxuyan hər oxucu, Diləyir şair ola,həm pinəçi,həm toxucu. ------------------ BərəkAllah,hərə bir yanə qoyub öz peşəsin, Görəsən kim buların şəninə tərif döşəsin?! ------------------ Bilmiyənlər hələ öz adılarının mə'nasın, Vahidin,şeirinin altından atır imzasın. ------------------ Görsən kim bu biyabırçılığa saldırsın?! Bu qirilmişdarı bir- bir aradan qaldırsın. ------------------ Götürüb hər biri öz üstünə bir şair adın, Sindırır vəznimizin,bəhrimizin qol qanadın. ------------------ " 2 - 3 "söz tapıb ard - arda düzüb qafiyəni, Olacaqlarmı bərabər,seyid usdadə yəni?! ------------------ Nədi tozeh,nədi təşbeh,hələ çatmır bulara, Əcəb irfanidi etdikləri hər cizma qara. ------------------ Görəsən bunlara kim mənəvi zor tətbiq edir?! Niyə gic - gic yazılar paylaşılır xeyri nədir? ------------------ Şeirin,Seyyidi var,Sabiri var,Hafizi var, Nə gərək var uzadım?çoxsunu qeyd etmək olar. ------------------- Şübhəsiz onları şair yaradıpmış yaradan, Çox heyif bir bir əcəl həpsin aparmış aradan. ------------------- Heç əzəllər bu qədər dəhrdə şair yox imiş Yəni bir dövr də "5 -dən "çoxu artıq çox imiş. ------------------- Bu bizim dövrü Nicat,indi təsəvürüvə gətir, Ki,bu şairləri bir orta hesab ilə götür, -------------------- Azı 5 milyon olar Azəribaycandakılar Bu gedişnən rahat olmaz qəbirstandakılar. Müəllif *** Nicat.Səmədov***29.05.2016. Geri dön |