Ana Sayfa > Karusel / Hadisə > Salyanda mikroavtobus aşdı, 10 yaralı var - Qəzanın görüntüləri... - VİDEO

Salyanda mikroavtobus aşdı, 10 yaralı var - Qəzanın görüntüləri... - VİDEO


8-08-2016, 17:53. Yazar: Xeberaz
Salyanda mikroavtobus aşdı, 10 yaralı var - Qəzanın görüntüləri... - VİDEO

Salyanda sərnişindaşıyan mikroavtobus aşıb, nəticədə 10 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

"Xəbəraz.az "ATV.aza istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Salyan-Neftçala avtomobil yolunun rayonun Ərəbqardaşbəyli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Salyan-Neftçala marşrut xətti ilə işləyən Elman Məmmədovun idarə etdiyi “Ford” markalı sərnişin daşıyan mikroavtobus, hava dumanlı olduğundan qarşıdan keçən iribuynuzlu heyvan sürüsünü görməyərək idarəetməni itirib. Nəticədə mikroavtobus yolun kənarına aşıb. Qəza nəticəsində mikroavtobusda olan 13 sərnişindən 10-u müxtəlif dərəcəli yüngül xəsarətlər alıb. Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanada onlara həkimlər tərəfindən ilk tibbi yardım göstərilib.

Faktla bağlı Salyan rayon polis şöbəsində araşdırma aparılır.

Geri dön