Ana Sayfa > Karusel / Hadisə > Bakıda ticarət mərkəzində HƏYƏCAN: insanlar təxliyə edildi

Bakıda ticarət mərkəzində HƏYƏCAN: insanlar təxliyə edildi


8-08-2016, 17:43. Yazar: Xeberaz
Bakıda ticarət mərkəzində HƏYƏCAN: insanlar təxliyə edildi

Bakının Nərimanov rayonunda yerləşən “Gənclik Mall” Ticarət Mərkəzində azyaşlı uşağın davranışı həyəcana səbəb olub. "Xəbəraz.az "-ın məlumatına görə, ticarət mərkəzinin həyəcan siqnalını basan azyaşlı insanlar arasında panikanın yaranmasına səbəb olub.

Bundan sonra ticarət mərkəzində olan şəxslərin hamısı çölə təxliyə edilib. Bir müddətdən sonra məlum olub ki, azyaşlı uşaq bilməyərək yanğınla bağlı siqnalizasiya düyməsini basıb.
Geri dön