Ana Sayfa > Karusel / Hadisə / Foto-fakt > Bakıda qaçqın yataqxanası yandı: 2 yaralı

Bakıda qaçqın yataqxanası yandı: 2 yaralı


8-08-2016, 11:50. Yazar: Xeberaz
Bakıda qaçqın yataqxanası yandı: 2 yaralı


Bakının Xəzər rayonu ərazisində yataqxanalardan birində uçqun hadisəsi baş verib.

"Xəbəraz.az "-ın Trend-ə istinadən verdiyi məlumata görə, hadisə rayonun Şüvəlan qəsəbəsində məcburi köçkünlərin məskunlaşdığı "Energetika yataqxanası"nda baş verib. Axşam saatlarında yataqxanadakı otaqlardan birinin tavanı uçub. Hadisə nəticəsində otaqda məskunlaşan ailənin iki üzvü - Şəhla Məmmədova və 5 yaşlı uşaq xəsarət alıb. Tavandan qopan beton parçası 5 yaşlı uşağın başına düşüb və o, xəstəxanaya çatdırılıb.



Məlumata görə, hadisə baş verən yataqxana uzun illərdir ki, qəzalı vəziyyətdədir.
Geri dön