Ana Sayfa > Karusel / İdman / M2 > “Qolları atama həsr edirəm” - Abışov
“Qolları atama həsr edirəm” - Abışov8-08-2016, 02:07. Yazar: Xeberaz |
“İnter” – “Qarabağ” (2:1) oyunundan sonra matçda dubl etmiş Ruslan Abışov jurnalistlərin suallarını cavablandırıb: "Xəbəraz.az " qarşılaşmanın qəhrəmanının müsahibəsini təqdim edir: - Oyun haqqında fikirləriniz... - Çətin oyun oldu. İlk turda “Qarabağ”la qarşılaşmaq istəməzdik. Çempionatın əvvəli çətin keçir. “Qarabağ”ın topa daha çox nəzarət etdiyini bilirdik, ona görə də planlarmızı əks-hücum üzərində qurmuşduq. Qarşılaşmanın əvvələrində qol epizodlarından yararlana biləsydik bəlkə də hər şey başqa cür ola bilərdi. - “İnter” “Qarabağ”dan da fəal görünürdü... - Məncə, bu ilk oyundu, gələcəkdə daha yaxşı olacaq. - Özünü bugünkü oyunun qəhrəmanı sayırsanmı? - Xeyr, belə düməzdim. Meydana 11 nəfər əziyyət çəkirik. Qol pası verən, cəriməni qazanan futbolçular oldu. Mənim üçün daha uğurlu alındı, qol vurdum. - İndi daha irəlidə oynayırsan, yəqin ki, qol vurmağı daha çox düşünərsən... - Çalışacam ki, qollarımın sayını artırım. Optimal formaya düşüb, millidə ilk 11-liyə düşmək istəyirəm. - Qolları kimə həsr edirsən? - 2 əvvəl atamın 60 yaşı olmuşdu, ona həsr edirəm. - Sənə elə gəlmir ki, “Qarabağ” “Viktoriya” ilə oyundan sonra psixoloji baxımdan tam özünə gəlməyib? - Bəli, hiss olunurdu. Biz də onların bu nəticəsinə çox üzüldük. Amma futbolda belə şeylər olur. Peşəkar oyunçular meydana çıxanda belə şeyi unutmalıdı. - Bugünkü qələbədə “Viktoriya”nın izi varmı? - Belə deməzdim. Matça yaxşı köklənmişdik. “Qarabağ”ın belə vəziyyətdə olması bizə əlavə üstünlük verdi. - Hər halda siz “Viktoriya”dan yaxşı oynadınız... - Sözsüz... - Növbəti turda “Qəbələ” ilə qarşılaşacaqsınız. Bu oyun haqda nə düşünürsən? - Evdə oynayacağıq. Qalib gəlmək fikrimiz var. “Qəbələ” avroliqada çıxış edir, onlara da uğurlar arzu edirəm. Geri dön |