Ana Sayfa > Karusel / Təhsil / Maraqlı / Foto-fakt > Səni təzə tapmışam itirmək istəmirəm - Nicat Səmədov
Səni təzə tapmışam itirmək istəmirəm - Nicat Səmədov7-08-2016, 14:46. Yazar: Xeberaz |
Səni təzə tapmışam itirmək istəmirəm. Məhəbbət kitabısan oxuduqca doymuram, Bir səhifəndə sevinc, Bir səhifəndə kədər. Səndə nələr var nələr... Səni üzdən oxuyub bitirmək istəmirəm. Sən nə dost kimi dostsan,nə də yar kimi yarsan. Çox sağ ol yanımdasan,varlığın mənə bəsdir, Sən nə yaxşı ki,varsan. ----------------- Maraqlı söhbətlərin,bir az inamsızlığın, İnadkarlığında var. Səmimiyyətində var,tələbkarlığında var. Sən bir az dəlisovsan,dəcəlliyində vardır, İnsanı dəli edən gözəlliyində vardır. Səni sevməmək olmaz,sən çox fərqli birisən, Bəzən çox danışarsan, Bəzən susub baxarsan. Bir sözlə necə deyim? əcəb cazibədarsan. ------------------ Bizim bu münasibət,nə adlanır görəsən? Sənə sual verirəm çalış cavab verəsən. Xoşbəxtlər sırasında, Nə mən varam nə də sən. Bəlkə kömək edəsən, Birləşib bir ad qoyaq biz bu münasibətə. Düşün!"məncə taparsan. O qədər çətin deyil Səninçün asan olar, Bir az fərqinə varsan. ------------------- Səni qisqanımmı mən?! qisqanmaq istəmirəm. Axı mənim deyilsən,nece qisqanim seni?! Səndə nə vaxtsa məni, tək qoyub gedəcəksən,aldanmaq istəmirəm. Mən susuz bir ağacam. Suya ehtiyacım var. Sən əlçatmaz dağların, Zirvəsindəki qarsan. Susuzluqdan yanıram Əriyib yavaş - yavaş, Mənə tərəf axarsan ?! Müəllif *** Nicat Səmədov ***10.07.2016. Geri dön |