Ana Sayfa > Karusel / Hadisə > Azərbaycanda daha bir ana ölümü

Azərbaycanda daha bir ana ölümü


7-08-2016, 11:22. Yazar: Xeberaz

Azərbaycanda daha bir ana ölümü

Sabirabadda hamilə qadın qeysəriyyə əməliyyatından 4 gün sonra dünyasını dəyişib.

"Xəbəraz.az " APA-ya istinadən xəbər verir ki, hadisə ötən gün saat 22.00 radələrində Sabirabad rayon Perinatal Mərkəzində qeydə alınıb.

Ucar rayonu Alpout kənd sakini, 1980-ci il təvəllüdlü Seyfəliyeva Familə Aydın qızı 4 gün əvvəl ağır vəziyyətdə qarnında ölü döl ilə mərkəzə daxil olub. Ananın bətnində olan ölü döl qeysəriyyə əməliyyatı ilə götürülüb. Lakin səhhətində baş verən ağırlaşmadan sonra ana 4 gün sonra, avqustun 5-də axşam saatlarında dünyasını dəyişib.

Meyit müayinə olunmaq üçün Sabirabad Məhkəmə Tibbi ekspertiza və Pataloji Anatomiya mərkəzinə verilib. Ölümün səbəbi ekspertizanın rəyindən sonra açıqlanacaq.

Faktla bağlı araşdırma aparılır.
Geri dön