Ana Sayfa > Karusel / İdman > Rio-2016: Azərbaycan Olimpiadada debüt etdi

Rio-2016: Azərbaycan Olimpiadada debüt etdi


5-08-2016, 23:13. Yazar: Xeberaz
Rio-2016: Azərbaycan Olimpiadada debüt etdi

Bu gün Rio Olimpiadasına rəsmən start verilib. Apasport.az saytının məlumatına görə, yarışa 56 atletlə yollanan Azərbaycan yığmasının heyətində ilk gündə mübarizəyə 1 idmançı qoşulub.

Bu, kamandan oxatanımız Olqa Senyukdu. Milliləşdirilmiş 25 yaşlı idmançı B qrupunda hədəf önünə keçib. O, 623 xal toplayaraq 37-ci yerdə qərarlaşıb.
Sıralama baxımından əhəmiyyət kəsb edən yarışda atletlər topladıqları xala uyğun avqustun 8-də baş tutacaq 1/32 final üçün yerlərini müəyyənləşdiriblər.

Yarışın mükafatçıları avqustun 11-də bilinəcək.
Geri dön