Ana Sayfa > Karusel / Hadisə > Kürdəmirdə dəhşətli qəza: 2 ölü, 3 yaralı

Kürdəmirdə dəhşətli qəza: 2 ölü, 3 yaralı


5-08-2016, 17:27. Yazar: Xeberaz
 Kürdəmirdə dəhşətli qəza: 2 ölü, 3 yaralı


Kürdəmirdə ölümlə nəticələn ağır qəza baş verib.

"Xəbəraz.az "-ın FHN-in saytına istinadən məlumatına görə, nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Xırdapay kəndində “KİA” markalı minik avtomobilinin “VAZ” markalı minik avtomobili ilə toqquşması nəticəsində yol-nəqliyyat qəza hadisəsi baş verməsi barədə məlumat daxil olub.

Qəza nəticəsində “KİA” markalı avtomobilin sürücüsü 1981-ci il təvəllüdlü Ələkbərov Əli Əsəd oğlu və 1983-cü il təvəllüdlü Salahova Leyla Yunus qızı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib, 2 nəfər sərnişin xəsarət alıb. “VAZ” markalı minik avtomobilinin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Cəsəd və yaralılar yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildən çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.
Geri dön