Ana Sayfa > Karusel / Texnologiya > “iPhone 7”nin işləyən vəziyyətdə ilk videosu yayılıb

“iPhone 7”nin işləyən vəziyyətdə ilk videosu yayılıb


5-08-2016, 15:02. Yazar: Xeberaz
“iPhone 7”nin işləyən vəziyyətdə ilk videosu yayılıb

İnternetdə yeni “iPhone 7” smartfonunun işləyən vəziyyətdə ilk videosu yayılıb.

"Xəbəraz.az "-ın xəbərinə görə, qısa rolikdə ağ rəngli “iPhone 7” nümayiş etdirilir.

Korpusun hər iki tərəfi ağ rəngdədir. Videonun müəllifləri “GeekBar” insayderləridir. Onlar videonu “Weibo” sosial şəbəkəsində yerləşdiriblər. Videoda “iPhone 7”nin prototipi əks olunub. “Apple” yeni smartfonun rəsmi təqdimatını sentyabr ayında keçirməyi planlaşdırır.

Xatırladaq ki, daha öncə mavi rəngli “iPhone 7”nin videosu yayılmışdı.


Geri dön