Ana Sayfa > Karusel / Gündəm > Cəbhədə erməni TƏXRİBATI: əsgərimiz yaralandı

Cəbhədə erməni TƏXRİBATI: əsgərimiz yaralandı


5-08-2016, 14:36. Yazar: Xeberaz
Cəbhədə erməni TƏXRİBATI: əsgərimiz yaralandı

Avqustun 5-də düşmən təxribatının qarşısını alarkən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Şindiyev Ramazan Qurban oğlu yaralanıb.

"Xəbəraz.az "-ın Müdafiə Nazirliyinin saytına istinadən xəbərinə görə, hərbi qulluqçumuza lazımi tibbi yardım göstərilib, həyati təhlükəsi yoxdur.

Müdafiə Nazirliyi bildirir ki, atəşkəs rejiminin pozulması və hərbi qulluqçumuzun yaralanmasına görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
Geri dön