Ana Sayfa > Karusel / Şou-Biznes / Foto-fakt / Xəbəraz TV > Türkan Heydərova şou-biznesə gəldi: "Canım" - VİDEO - FOTO

Türkan Heydərova şou-biznesə gəldi: "Canım" - VİDEO - FOTO

5-08-2016, 11:41. Yazar: Xeberaz
Türkan Heydərova şou-biznesə gəldi: "Canım" - VİDEO - FOTO
Xalq artisti Aygün Kazımovanın prodüseri Roland Bayramov şou-biznesdə daha bir müğənni ilə çalışmağa başlayıb. Bu barədə "Xəbəraz.az "-a R.Bayramovun özü məlumat verib. O, bildirib ki, “Yeni ulduz” yarışmasının yadda qalan iştirakçısı Türkan Heydərova ilə çalışacaq: “Ümumiyyətlə mən şou-biznesdə baş verən bir çox proseslərdən uzağam. Qalmaqaldan, səs-küydən kənar gəzən insanam. Yalnız yeni proyektlər olduğu zaman bunu jurnalistlərlə bölüşməyi üstün tuturam. Boş-boş danışmaq əvəzinə, yeni iş təqdim etmək lazımdır. Xalq artisti Aygün Kazımova ilə də işbirliyimiz davam edir. Eyni zamanda Türkanla da çalışıram və birgə yeni layihələrə imza atacağıq. Öncədən söyləməyim, sürpriz olsun”.
Müğənni Türkan Heydərova da R.Bayramovla işbirliyindən danışıb. O, bildirib ki, artıq böyük həvəslə şou-biznesdə yeni layihələrə imza atacaq: “Bu günə qədər heç bir zaman reklam dalınca qaçmamışam. Bu sənətə təsadüfi gələn müğənnilərdən deyiləm. Sadəcə “Yeni ulduz” yarışmasından sonra təhsilimlə əlaqədar olaraq yaradıcılığıma fasilə verdim, indi isə yenidən sənətimə start verirəm. Məhz buna görə də prodüser Roland Bayramovla işləməyə qərar verdim. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Musiqili teatr aktrisası” fakültəsində xalq artisti Afaq Bəşirqızının tələbəsi olmuşam. Bundan başqa təhsili 2012-2013-cü illərdə Moskvada davam etdirmişəm. Bu gün isə sözləri, aranjimanı Nadir Nəğdpula, musiqisi Kazım Cana məxsus “Canım” adlı yeni mahnımı dinləyicilərin ixtiyarına verirəm. Düşünürəm ki, bu mahnı şou-biznesə qayıdışımda mənə uğur gətirəcək və insanlar tərəfindən seviləcək”.

Geri dön