Ana Sayfa > Karusel / İqtisadiyyat > Nağd əməliyyatlara məhdudiyyət qoyulacaq

Nağd əməliyyatlara məhdudiyyət qoyulacaq


4-08-2016, 23:30. Yazar: Xeberaz
Nağd əməliyyatlara məhdudiyyət qoyulacaq

Bu ilin sonunadək Azərbaycanda nağd əməliyyatlara məhdudiyyətlər qoyulacaq.

"Xəbəraz.az " fins.az-a istinadən bildirir ki, bu prezident İlham Əliyevin bu təsdiqlədiyi "2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri"ndə nəzərdə tiutulub.

Sərəncama əsasən, ölkə iqtisadiyyatında şəffaflığı artırmaq, maliyyə intizamını gücləndirmək və vergitutma bazasını genişləndirmək məqsədilə nağdsız əməliyyatların stimullaşdırılması və nağd əməliyyatların məhdudlaşdırılması nəzərdə tutulur.
Bundan başqa, beynəlxalq təcrübə nəzərə alınmaqla, nağd pul hesablaşmaları nəzarət-kassa aparatları tətbiq edilmədən həyata keçirilən fəaliyyət sahələrinin dairəsinin dəqiq müəyyənləşdirilməsi və nəzarət-kassa aparatları tətbiq etmədən fəaliyyət göstərən fiziki şəxslərin vergi öhdəliklərinin aylıq sabit vergi formasında müəyyən edilməsi nəzərdə tutulur.
Geri dön