Ana Sayfa > Karusel / Hadisə > Qoyunları çimizdirən İmişli sakini Arazda batıb

Qoyunları çimizdirən İmişli sakini Arazda batıb


3-08-2016, 23:16. Yazar: Xeberaz
Qoyunları çimizdirən İmişli sakini Arazda batıb

Bu gün İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində bədbəxt hadisə baş verib

Virtualaz.org saytının Şirvan bürosunun yerli bələdiyyədən aldığı məlumata görə, 38 yaşlı qəsəbə sakini Abdullayev Rauf Əlihüseyn oğlu qonşusu Mikayıl Hüseynovla birlikdə kəndin ev heyvanlarını otarmaq növbəsi onlarda olduğundan, sürüdəki qoyunları Araz çayında çimizdirmək qərarına gəliblər. Çayda su az olsa da, Rauf Abdullayev Arazdan qum çıxarmaq üçün qazılmış dərin hissəyə düşərək boğulub.

Hazırda hadisə yerinə gəlmiş FHN-nın Dövlət Sularda Xilasetmə Xidmətinin əməkdaşları tərəfindən mərhumun cəsədinin axtarışlarına başlanıb.

Geri dön