Ana Sayfa > Karusel / Hadisə > 1,5 mm həşərat 14 yaşlı qızı öldürdü - AZƏRBAYCANDA DƏHŞƏTLİ OLAY

1,5 mm həşərat 14 yaşlı qızı öldürdü - AZƏRBAYCANDA DƏHŞƏTLİ OLAY


3-08-2016, 17:31. Yazar: Xeberaz
1,5 mm həşərat 14 yaşlı qızı öldürdü - AZƏRBAYCANDA DƏHŞƏTLİ OLAY

Şamaxı rayonunda 14 yaşlı qızın hansı həşəratın sancması nəticəsində öldüyü məlum olub. "Xəbəraz.az "-ın əldə etdiyi məlumata görə, Quşçu kənd sakini olan 2002-ci il təvəllüdlü Ruqiyyə Adıgözəlovanı avqustun 1-də yaşadığı evdə qara qurd sancıb. Yaxınları onu əvvəlcə Şamaxı rayon Xəstəxanasına aparsalar da, vəziyyəti pisləşdiyindən Bakıdakı 1 saylı şəhər klinik xəstəxanasına gətiriblər. Lakin artıq gec olub. 14 yaşlı Ruqiyyə güclü zəhərlənmənin yaratdığı ürək və tənəffüs çatışmazlığından vəfat edib.

Geri dön