Ana Sayfa > Karusel / Hadisə > Bir anlıq diqqətsizliyin FACİƏVİ SONU: 2 BACI ÖLDÜ

Bir anlıq diqqətsizliyin FACİƏVİ SONU: 2 BACI ÖLDÜ


3-08-2016, 17:23. Yazar: Xeberaz
Bir anlıq diqqətsizliyin FACİƏVİ SONU: 2 BACI ÖLDÜ

Bakıda iki bacı dənizdə batıb. "Xəbəraz.az "-ın məlumatına görə, dünən axşam saatlarında Novxanı qəsəbəsinin dəniz sahili ərazisində (Aqua Parkdan Pirşağıya gedən istiqamətdə boş ərazidə) Göyçay rayon sakinləri - 2000-ci il təvəllüdlü Əliyeva Səmayə Vasif qızı və onun bacısı, 2002-ci il təvəllüdlü Aytac dənizdə boğularaq ölüb.

Bildirilir ki, iki bacı qohumları ilə birgə dünən çimərliyə gedib. Qohumları qızlar göbəyədək suda olarkən onları nəzarətdə saxlayırmış. Bu zaman bir anlıq uşaqlardan gözlərini çəkən həmin şəxslər az sonra onların suda itdiyinə görüblər və kömək çağırıblar. S.Əliyevanın meyiti dərhal tapılaraq sudan çıxarılıb. 14 yaşlı Aytacın meyitinin tapılması istiqamətində iş davam etdirilir.
Geri dön